Yaponiyada sakinlər dövləti məhkəməyə verdi — F-35 qırıcılarının səs-küyünə görə

Yaponiyada sakinlər dövləti məhkəməyə verdi —  F-35 qırıcılarının səs-küyünə görə backend

Yaponiyanın Miyadzaki prefekturasının 370-dən çox sakini ərazidə yerləşən "Nyutabaru" Hərbi Hava Qüvvələri bazasında ən müasir F-35B döyüş təyyarələrinin gecə və sübhdən tez uçuşlarının qadağan edilməsi tələbi ilə kollektiv iddia qaldırıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, onlar həmçinin səs-küyün vurduğu ziyana görə dövlətdən kompensasiya ödənilməsini tələb edirlər.

Beşinci nəsil F-35B döyüş təyyarələri hazırda modernləşdirilən iki Yaponiya yüngül aviadaşıyıcısını təchiz etmək üçün nəzərdə tutulub. "Nyutabaru" bazasında hazırda bu tipli 8 qırıcı var, lakin sonradan onların sayı 42-yə çatdırılacaq. Məhkəmə iddiasını qaldıranlar xüsusilə F-35B-nin şərti aviadaşıyıcı göyərtəsinə şaquli enişi məşq edərkən yaranan səs-küydən şikayətlənirlər.

2017-ci ildə Miyadzaki şəhər dairə məhkəməsinə analoji iddia artıq təqdim edilmış və məhkəmə yerli sakinlərə 200 milyon iyendən çox (hazırkı məzənnə ilə 1,2 milyon dollardan çox) kompensasiya ödənilməsi barədə qərar çıxarmışdı. Lakin bütün məhkəmə instansiyaları uçuşların dayandırılması tələbini ardıcıl olaraq rədd edib.

Yaponiya HHQ-nin sərəncamında hazırda F-35 qırıcılarının iki modifikasiyasından ibarət 55 təyyarə var. Onların bir hissəsi ABŞ-dan satın alınır, bir hissəsi isə ölkə daxilində yığılır. Ümumilikdə Tokionun sərəncamında 147 belə qırıcı olacaq ki, bu da Vaşinqtonun hər hansı digər müttəfiqindən daha çoxdur.

QAZİLER.AZ