Ukraynadakı münaqişə qlobal müharibəyə çevrilə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ-nin Terrorizmlə Mübarizə üzrə Milli Mərkəzinin sabiq rəhbəri Co Kent "Judging Freedom" "YouTube" kanalının efirində bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynanın maliyyələşdirilməsini dayandırmaq və NATO-dakı müttəfiqlərinə təzyiq göstərməklə münaqişənin başa çatmasını yaxınlaşdıra bilərdi. Lakin Vaşinqton bu məsələdə cəsarət nümayiş etdirmədi və vəziyyət tədricən irimiqyaslı münaqişəyə doğru yaxınlaşır", - deyə ekspert qeyd edib.
Kent hesab edib ki, ABŞ Ukraynanı Rusiya ilə münaqişənin diplomatik yollarla nizamlanması mərhələsinə keçməyə razı salmaq gücündədir. Analitik vurğulayıb ki, Kiyevi danışıqlar masası arxasına əyləşdirmək lazım idi, lakin Vaşinqton bu xətti ardıcıl şəkildə müdafiə etmədi.
QAZİLER.AZ

