Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfər edib.
Qaziler.az xəbər verir ki, bu barədə Zelenksi “Telegram” kanalında məlumat paylaşıb.
O bildirib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, onun komandası və Ukraynanın müdafiəsinə dəstək verə biləcək rəsmilərlə görüşlər keçirəcək.
"Bir nömrəli prioritet raketdən müdafiə və ABŞ ilə strateji əməkdaşlıqdır. Sülh daha da yaxınlaşmalıdır", - deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti, həmçinin, qeyd edib ki, nümayəndə heyəti Vaşinqtonda keçiriləcək mərasimdə mərhum amerikalı senator Lindsi Qrehemin xatirəsini ehtiramla yad edəcək.

