Böyük Britaniyanın Baş naziri Endi Bernem bəyan edib ki, yeni hökumət Kiyev qarşısındakı bütün öhdəliklərini, o cümlədən münaqişə başa çatdıqdan sonra Ukraynaya hərbi kontingent göndərilməsini yerinə yetirəcək.
Qaziler.az xəbər verir ki, onun çıxışını "Sky News" telekanalı canlı yayımlayıb.
"Atəşkəs qüvvəyə mindikdə, Ukraynanın uzunmüddətli təhlükəsizliyini gücləndirmək üçün çoxmillətli qüvvələri yerləşdirməyə hazır olacağıq", — deyə o bildirib.
Britaniya hökumətinin başçısı həmçinin qeyd edib ki, Britaniya yeni yaradılmış "Stone Cloak" radioelektron mübarizə (REM) sisteminin əsasını təşkil edən əqli mülkiyyət hüquqlarını Kiyevə ötürəcək.
QAZİLER.AZ

