Zelenski Britaniyanın Baş naziri ilə görüşüb - VİDEO

Zelenski Britaniyanın Baş naziri ilə görüşüb - VİDEO backend

Ukrayna Prezidenti Volodimir Zelenski Portsmut şəhərində Britaniya donanmasının "Queen Elizabeth" aviadaşıyıcısında Böyük Britaniyanın Baş naziri Endi Bernem ilə görüşüb.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.

"Komandamızın Britaniyaya səfərinin məhz Endi Bernemin vəzifəyə başlamasından sonra ilk rəsmi səfər olmasını çox yüksək qiymətləndiririk", — deyə Zelenski bildirib.

O qeyd edib ki, tərəflər birgə müdafiə istehsalının inkişafını müzakirə ediblər. Zelenski həmçinin Kiyevə dronların qorunması üçün radioelektron mübarizə (REM) texnologiyalarının verilməsi barədə qəbul etdiyi qərara görə Britaniyaya təşəkkür edib və Baş naziri Ukraynaya səfərə dəvət edib.

QAZİLER.AZ