Fransada 13 min şirkət fəaliyyətini dayandırdı

Fransada 13 min şirkət fəaliyyətini  dayandırdı backend

Fransanın cənub-qərbindəki Jironda departamentində tüğyan edən irimiqyaslı təbii yanğınlar səbəbindən hakimiyyət orqanları ən azı 13 min müəssisəni təxliyə edib.

Qaziler.az xəbər verir ki, bu barədə "BFMTV" telekanalına istinadən ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur məlumat verib.

Nazirin sözlərinə görə, həmin müəssisələrin işçiləri qismən işsizlik müavinəti ala biləcəklər. O qeyd edib ki, rəsmilər ekoloji və sözsüz ki, sosial fəlakətlə yanaşı, həm də iqtisadi bombaya çevrilən bu vəziyyətlə əlaqədar yanğınsöndürmə xidmətlərini səfərbər edirlər.

Fransanın cənub-qərbindəki Jironda departamentində baş verən ən böyük təbii yanğın artıq 42 min hektar ərazini əhatə edib. Ölkənin cənub-qərbində vəziyyət son dərəcə ağır olaraq qalır. Yanğınların söndürülməsi üçün departamentə aralarında İsveçrədən gələnlər də olmaqla yanğınsöndürmə-xilasetmə xidmətinin 2,5 min əməkdaşı cəlb edilib. Onlara fəlakət zonasında təxliyəni təmin edən və təhlükəsizliyə nəzarət edən 1,5 min fransız hərbçisi və 1,2 min polis əməkdaşı kömək edir.

QAZİLER.AZ