Samsung gələcək flaqman smartfonları "Galaxy S27" modelində silikon batareyalardan istifadə etmək imkanını nəzərdən keçirir.
Qaziler.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Sedaily" nəşri "Samsung" şirkətinin aparat təminatı texnologiyaları üzrə vitse-prezidenti Mun Son-huna istinadən məlumat yayıb.
Son-hun şirkətin cihazlarında silikon batareyaların tətbiqini genişləndirmək planlarını açıqlayıb. Bu cür akkumulyatorlardan Çin smartfon istehsalçıları aktiv şəkildə istifadə etsələr də, “Samsung” uzun müddət bu texnologiyaya keçməkdən çəkinib.
Şirkət rəsmisi qeyd edib ki, “Samsung”un yeni qatlanan smartfonları silisium akkumulyatorlarla təchiz edilib və bunun sayəsində korpusun qalınlığını azaltmaqla yanaşı, batareyanın tutumunu da artırmaq mümkün olub. Mun Son-hunun sözlərinə görə, bu yanaşma digər kateqoriyalı cihazlarda da tətbiq olunacaq.
Yeni texnologiyanı alacaq ilk namizədlərdən biri "Galaxy S27" seriyalı smartfonlar ola bilər. Silikon akkumulyatorlar ənənəvi litiy-ion həlləri ilə müqayisədə enerji sıxlığını artırmağa imkan verir.
QAZİLER.AZ

