İspaniya hökuməti yeni "iqlim sığınacaqları"nın maliyyələşdirilməsi üçün 10 milyon avro vəsait ayıracaq.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes "X" sosial şəbəkəsində məlumat verib.
"İqlim sığınacaqları" insanların ekstremal hava şəraitindən, o cümlədən şiddətli istilərdən qoruna biləcəyi xüsusi məkanlardır. İspaniya Nazirlər Kabinetinin rəhbəri bu sığınacaqların maliyyələşdirilməsi üçün 10 milyon avro məbləğində yeni yardım planını, həmçinin "kənd və şəhərlərin ekoloji keçidə hazırlanması üçün 9 milyon avro vəsaitin ayrılacağını təqdim edib.
Eyni zamanda, İspaniya rəsmiləri meşə yanğınları ilə bağlı yaranmış vəziyyətə görə Madrid muxtar vilayətində və Avila əyalətində (Kastiliya və Leon muxtar vilayəti) fövqəladə vəziyyət rejimi elan ediblər. Alovun sürətlə yayılması fonunda təxminən 11,5 min insan təhlükəsiz yerlərə təxliyə edilib.
QAZİLER.AZ

