Ukraynanın İrana məxsus gəmilərə zərbələri davam edə bilər, çünki onlar "legitim hərbi hədəflərdir".
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfiri Yevgen Korniyçuk "N12" telekanalının efirində Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində bir gəmiyə endirdiyi zərbəni şərh edərkən bildirib.
O iddia edir ki, sözügedən gəmi guya hərbi komponentlər daşıyıb. Səfirin sözlərinə görə, Ukrayna "öz təhlükəsizliyini qoruduğu üçün" bu növ gəmilər "tamamilə legitim hərbi hədəflərdir".
Diplomat qeyd edib ki, bu, Ukraynanın bu cür hərbi hədəflərə hücum etdiyi ilk hal deyil.
"Və təbii ki, onlara yenidən zərbə endirəcəyimizi gözləmək olar — bizim nöqteyi-nəzərimizdən bu, tamamilə legitim hərbi hədəfdir", — deyə Korniyçuk vurğulayıb.
Xatırladaq ki, iyulun 25-də İran Xarici İşlər Nazirliyi Ukrayna qüvvələrinin Xəzər dənizində onlara məxsus ticarət gəmisinə hücum etdiyini bəyan edib. Göyərtədə baş verən partlayış nəticəsində iki nəfərin yaralanıb. Tehran baş verənləri təcavüz aktı adlandırıb və Kiyevi Rusiya-Ukrayna münaqişəsini döyüş zonasından kənara yaymaq cəhdində ittiham edib.
QAZİLER.AZ

