Putin yeni büdcə planını elan etdi

Putin yeni büdcə planını  elan etdi backend

Müdafiənin gücləndirilməsi, sosial məsələlərin həlli və iqtisadiyyatın dəstəklənməsi növbəti üçillik federal büdcənin prioritetləri sırasındadır.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə fəaliyyətini başa vuran VIII çağırış Dövlət Dumasının deputatları ilə görüşündə bildirib.

"Əminəm ki, gələcək üçillik büdcə üzərində işləyərkən ölkənin müdafiəsinin gücləndirilməsi ilə yanaşı, prioritet istiqamət ilkin sosial vəzifələrin həlli və eyni zamanda iqtisadiyyatın aparıcı sahələrinin, yerli lider şirkətlərin, kiçik və orta biznesin, həmçinin işsizlik səviyyəsinin bildiyiniz kimi tarixi minimum həddə düşdüyü əmək bazarının dəstəklənməsi olacaq", - deyə Putin qeyd edib.

QAZİLER.AZ