Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohiəddin Salem 28-29 iyul 2026-cı il tarixlərində Türkiyəyə səfər edəcək.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan sudanlı həmkarı ilə ikitərəfli danışıqlar aparacaq.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın sudanlı həmkarı ilə keçirəcəyi görüşlərdə Türkiyənin, Sudanın suverenliyi, birliyi və ərazi bütövlüyünə yönəlmiş dəstəyini vurğulaması və Sudanda qalıcı sülh və sabitliyin təmin edilməsi məqsədilə diplomatik səylərini davam etdirdiyini ifadə etməsi gözlənilir.
Eyni zamanda, iki ölkə arasındakı münasibətlərin iqtisadiyyat, ticarət, enerji, təhsil və mədəniyyət başda olmaqla hər sahədə daha da inkişaf etdirilməsinin və mövcud əməkdaşlıq sahələrinin hüquqi müqavilə zəmininin gücləndirilməsinin vacibliyinə diqqət çəkməsi nəzərdə tutulur.
QAZİLER.AZ

