Çinin şimal-qərbindəki Qansu əyalətində qısa müddət davam edən şiddətli yağışın yaratdığı daşqın nəticəsində 10 nəfər ölüb, 23-ü xəsarət alıb.
Hadisə günorta vaxtı Veyyuan rayonundakı mənzərəli ərazidə baş verib. Ölən və xəsarət alanlar ərazidə düşərgə quran turistlər olublar.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

