İranda ölənlərin sayı 59 nəfərə çatdı

İranda ölənlərin sayı  59 nəfərə çatdı backend

İran Səhiyyə Nazirliyi iyunun 27-dən etibarən ABŞ-nin İrana yeni hava zərbələri nəticəsində 59 nəfərin öldüyünü açıqlayıb.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, həlak olanlar arasında 6 qadın və yaşı 18-dən aşağı olan 3 yeniyetmə də var.

Hesabatda bildirilib ki, zərbələr nəticəsində indiyədək 666 nəfər yaralanıb. Onlardan 32 nəfərin müalicəsi hazırda xəstəxanalarda davam etdirilir.