Şoyqu: “Türkiyədən gözləmirdik…”

Şoyqu: “Türkiyədən gözləmirdik…” backend

Türkiyənin təyyarəmizi vurması xəyanət idi. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı Seyran Ohanyan ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya belə bir hücuma hazır olmayıb:

“Türkiyənin Rusiya təyyarəsinə qarşı təşkil etdiyi hücum xəyanət idi. Çünki bütün dünyanın Suriyada İŞİD və digər terror təşkilatları ilə mübarizə apardığı bir vaxtda Türkiyə kimi bir ölkədən belə addım gözləmirdik”.

Şoyqu Ohanyana Su-24 hadisəsinin ardından İrəvan rəhbərliyinin göndərdiyi dəstək və başsağlığı mesajlarına görə təşəkkür edib.