İran ABŞ-nin "Darxoveyn" atom elektrik stansiyasına endirdiyi zərbəyə cavab olaraq Amerikanın "Amazon" şirkətinin Bəhreyndəki məlumat mərkəzinə (data mərkəzi) hücum edib.
Qaziler.az xəbər verir ki, bu barədə İSNA agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, bu hücum ABŞ-nin tikilməkdə olan "Darxoveyn" AES-ə endirdiyi raket zərbəsinə cavab addımı olub.
İyulun 19-na keçən gecə İranın cənub-qərbində yerləşən "Darxoveyn" stansiyası ABŞ Silahlı Qüvvələrinin zərbələrinə məruz qalıb. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hadisəni araşdırdığını bəyan etsə də, obyektin tikintinin ilkin mərhələsində olduğunu, orada nüvə materiallarının yerləşmədiyini və radiasiya sızması riskinin olmadığını dəqiqləşdirib.
QAZİLER.AZ

