Trampın hədəfində olan ada: Qrenlandiyada 3 yeni hərbi baza qurur

Trampın hədəfində olan ada: Qrenlandiyada  3 yeni hərbi baza qurur backend

ABŞ və Danimarka diplomatları Qrenlandiya məsələsi ilə bağlı azı beş raund danışıqlar aparıblar və tərəflər yaxın aylarda razılığa gələ bilərlər.

Qaziler.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqneyşes yazır.

Onun məlumatına görə, Vaşinqton və Kopenhagen ABŞ-nin Danimarkanın və Qrenlandiyanın muxtar hökumətinin suverenliyini pozmadan adada hərbi mövcudluğunu genişləndirməsinə imkan verəcək sazişi müzakirə edirlər.

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı gələcək hərbi bazaların yerləşdirilməsi üçün artıq üç mümkün məkanı müəyyənləşdirib. Danışıqların gedişatına bələd olan mənbə, "Biz bir-birimizin qırmızı xətlərinin haradan keçdiyini anlayırıq", — deyə bildirib.

Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazidir. 1951-ci ildə ABŞ və Danimarka NATO-nun müttəfiqlik öhdəlikləri çərçivəsində adanın müdafiəsinə dair saziş imzalayıblar.

QAZİLER.AZ