İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə ABŞ ordusuna məxsus üç sursat anbarının məhv edildiyini və Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının müşahidə qülləsinə zərbə endirildiyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinin bəyanatında deyilir.
İran tərəfinin iddiasına görə, cavab zərbələrinin 27-ci mərhələsi çərçivəsində ABŞ-nin Küveytdəki "Əl-Udeyri" bazasında yerləşən üç silah-sursat və avadanlıq anbarına hücum edilib və onlar tamamilə sıradan çıxarılıb. Həmçinin Bəhreyn rəhbərliyi altındakı ABŞ 5-ci donanmasının müşahidə qülləsinə də zərbə endirildiyi və Tehrana görə, obyektə ciddi ziyan vurulduğu bildirilib.
ABŞ və İran arasında münaqişənin növbəti eskalasiyası iyulun 8-də ABŞ-nin İslam Respublikası ərazisinə endirdiyi bir sıra zərbələrdən sonra başlayıb. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı Amerika obyektlərinə zərbələr endirməyə başlayıb.
QAZİLER.AZ

