Bağça işçilərinin səhlənkarlığı: 40 dərəcə istidə maşında qalan körpə can verdi

Bağça işçilərinin səhlənkarlığı:  40 dərəcə istidə maşında qalan körpə can verdi backend

Portuqaliyada 18 aylıq qız uşağı uşaq bağçası əməkdaşlarının günahı ucbatından bütün günü avtomobildə qalıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Jornal de Notícias" qəzeti məlumat yayıb.

Hadisə iyulun 23-də Almada şəhərində baş verib. İlkin məlumatlara görə, səhər saatlarında azyaşlını bağçaya məxsus mikroavtobus götürüb və müəssisəyə çatdırmalı imiş. Yalnız 8 saat sonra, ana uşağını götürməyə gəldikdə, tərbiyəçilər onun bağçada olmadığını fərq ediblər.

Balaca Sofiyanın olduğu salona daxil olmaq üçün avtomobilin şüşəsini sındırmalı olublar. Uşaq tapılarkən artıq huşsuz vəziyyətdə olub. Hadisə yerinə təcili xidmətlər çağırılıb, xilasedicilər və həkimlər reanimasiya tədbirləri həyata keçirməyə çalışsalar da, zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb.

Medianın məlumatına görə, həmin gün hava axşam saatlarında belə 40°C-yə çatıb. Hadisənin təfərrüatları araşdırılır, işlə məhkəmə polisi məşğul olur.

QAZİLER.AZ