Kiyevin müttəfiqləri artıq birgə təlimlərə hazırlaşırlar
Britaniyalı general-leytenant Tom Beytman Ukrayna üçün çoxmillətli qüvvələrin yeni komandiri oldu. O, artıq rəsmi açıqlama verib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Beytman komandir vəzifəsində fransız sələfini əvəz ediB. Bu, Könüllülər Koalisiyasının Ukraynada xarici qüvvələrin yerləşdirilməsini sınaqdan keçirəcək təlimlərə hazırlaşdığı bir vaxta təsadüf edir.
Təhvil-təslim mərasimi qüvvələrin Parisdəki əməliyyat qərargahında baş tutub.
QAZİLER.AZ

