"Ukraynada sülh yolu ilə nizamlanma perspektivləri olmadığı bir şəraitdə Rusiya tam qələbəyə qədər irəliləmək niyyətindədir".
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun "Rossiya" telekanalının jurnalisti Pavel Zarubinə verdiyi müsahibəyə istinadən məlumat yayıb.
O vurğulayıb ki, Rusiya öz məqsədlərinə hərbi vasitələrlə nail olmaqda davam edir, lakin sülh yolu ilə nizamlanma yenə də prioritet olaraq qalır.
"Sülh perspektivləri olmadığı bir şəraitdə biz sona qədər, tam qələbəyə qədər gedəcəyik", — deyə Kreml rəsmisi bildirib.
QAZİLER.AZ

