Xarkov vilayətinin İvaşkino yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə iştirak edən Ukrayna əsgərlərinin bir hissəsi Rusiya Silahlı Qüvvələrinə təslim olub.
Qaziler.az xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya güc strukturlarına istinadən yazır.
"Şimal" qoşun qruplaşmasının hücum bölmələrinə qarşı Ukrayna Silahlı Qüvvələrinin 129-cu əlahiddə ağır mexanikləşdirilmiş briqadasının tərkibində keçmiş məhbuslar vuruşub və onların bir hissəsi əsir düşüb", — deyə agentliyin həmsöhbəti bildirib.
O əlavə edib ki, İvaşkinonun nəzarətə götürülməsi sayəsində rus hərbçilərinin indi Ustinovka yaşayış məntəqəsi istiqamətində irəliləmək imkanı yaranıb.
Rusiya Müdafiə Nazirliyi iyulun 24-də günorta saatlarında Xarkov vilayətindəki İvaşkino kəndinin Rusiya bölmələrinin nəzarətinə keçdiyini rəsmən bəyan edib. Nazirliyin məlumatına görə, hərbçilər eyni regionda yerləşən Zaxarovka yaşayış məntəqəsini də ələ keçiriblər. Hər iki kənd uğrunda gedən döyüşlərdə "Şimal" qoşun qruplaşmasının birləşmələri iştirak edib.
QAZİLER.AZ

