Rusiya Prezidenti Vladimir Putinə İrkutskda ilk dəfə modernləşdirilmiş Yak-130M təlim-döyüş təyyarəsi nümayiş etdirilib.
Qaziler.az xəbər verir ki, bu barədə Birləşmiş Aviasiya Tikinti Korporasiyası məlumat yayıb.
"Yakovlev" şirkətinin sınaq pilotu Aleksandr Quskov Rusiya dövlət başçısına təcrübə maşınının sınaqları və təyyarənin üstünlükləri barədə danışıb.
Yak-130M ən son bort sistemləri ilə təchiz olunub. Bu sistemlər onu istənilən hava şəraitində, gecə və gündüz yer və hava hədəfləri ilə, o cümlədən ağır pilotsuz uçuş aparatları ilə mübarizə apara bilən effektiv yüngül döyüş təyyarəsinə çevirir.
Rusiya dövlət başçısı, həmçinin "Yakovlev" zavodunda tam yerli istehsal olan hissə və sistemlərlə təchiz edilmiş yeni MS-21-310 sərnişin təyyarəsinin kabininə də qalxıb.
QAZİLER.AZ
https://www.youtube.com/watch?v=8gioGAHKykY

