Banqladeş Prezidenti istefa verdi

Banqladeş Prezidenti  istefa verdi backend

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin istefa verib.

Qaziler.az xəbər verir ki, bu barədə "Daily Star" qəzeti yazır.

"Banqladeş Prezidenti Məhəmməd Şahabuddin istefa verib", — deyə məlumatda bildirilir.

Şahabuddin səhhətində problemlərin olduğunu qeyd edib.

Qeyd olunub ki, ölkə konstitusiyasına uyğun olaraq, prezidentin vəzifələrini müvəqqəti olaraq parlamentin spikeri icra edəcək.

Məhəmməd Şahabuddin Çuppu 2023-cü ilin aprelində Banqladeş prezidenti olub. 2024-cü ildə ölkənin müvəqqəti hökumətinə Məhəmməd Yunus rəhbərlik edib. Baş nazir Şeyx Hasina isə həmin vaxt Banqladeşdəki tələbə etirazları fonunda istefa vermişdi.

QAZİLER.AZ