Zimbabve diktatoru devrildi: ÇEVRİLİŞ

Zimbabve diktatoru devrildi: ÇEVRİLİŞ backend

Zimbabve Prezidenti Robert Muqabe hakimiyyətdən devrilib. Axar.az xəbər verir ki, bunu “Qardian” qəzetin açıqlamasında Zimbabvenin müxalif Demokratik Dəyişikliklər Hərəkatı Partiyasının lideri Morqan Tsvanqirai söyləyib. Onun sözlərinə görə, ölkədə baş verən çevriliş nəticəsində Robert Muqabenin yerinə hakimiyyətə həyat yoldaşı 50 yaşlı Qreys Muqabe gəlib.


Qeyd edək ki, ölkəni 1980-ci ildən idarə edən Robert Muqabenin 91 yaşı var. Muqabe Zimbabvedə ağ dərili fermerlərə qarşı sərt mövqeyi ilə seçilir. Dünya ictimaiyyəti onu qara rasizmdə günahlandırır. Muqabe həmçinin LGBT-nin əsas düşmənlərindən hesab edilir. O, sonuncu dəfə 2013-cü ildə Zimbabve prezidenti seçilib.