Argentina prezidenti maraqlı açıqlama verdi: "Onlar bizə paxıllıq edirlər"

Argentina prezidenti maraqlı açıqlama verdi: "Onlar bizə paxıllıq edirlər" backend

Argentina prezidenti Xavyer Miley, Argentina milli komandasının 2026-cı il Dünya Çempionatındakı uğuruna "həsəd aparıldığını" iddia edir. Miley sosial media paylaşımında deyib: "Argentinanın problemi ondadır ki, biz diqqəti cəlb edirik, diqqətdən kənarda qalmırıq, onlar bizə həsəd aparırlar və biz demək olar ki, hər şeydə əlayıq".

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Argentina prezidenti Xavyer Miley İnstaqram hesabında paylaşım edərək beynəlxalq mətbuatda Argentina milli komandasının çıxışı ilə bağlı tənqidlərə cavab verib.

Ölkəsinə həsəd aparıldığını vurğulayan Miley deyib:

"Düşmənlərinmi var? Bu o deməkdir ki, siz bir vaxtlar nəyisə müdafiə etmisiniz. Biz Argentinanı müdafiə edirik və Argentinanın problemi ondadır ki, biz diqqətəlayiqik, diqqətdən kənarda qalmırıq, onlar bizə həsəd aparırlar və demək olar ki, hər şeydə əlayıq. İndi dünya argentinalılarla dolu bir ölkənin nələrə nail ola biləcəyini görəcək".

Miley paylaşımına süni intellekt tərəfindən yaradılan bir şəkil də əlavə edib. Şəkildə Miley Argentina milli komandasının formasını göstərmək üçün köynəyini açıb və üzərində "Yaşasın Argentina" yazısı var.

İspaniya finalda əlavə vaxtda Argentinanı 1-0 hesabı ilə məğlub edərək ikinci dəfə DÇ-2026-nın qalibi olub.

QAZİLER.AZ