Latviyada Rusiyadan kitab və oyuncaqların idxalı qadağan edildi

Latviyada Rusiyadan kitab və oyuncaqların idxalı qadağan edildi backend

Latviya Seymi (Parlament) Rusiya və Belarusdan kitab, qəzet və oyuncaq idxalını qadağan edib.

Qaziler.az bildirir ki, bu barədə "Delfi" onlayn portalı məlumat verib.

Siyahıya geyim, idman malları və ayaqqabı da daxildir. Dəyişikliklər həm Rusiya və Belarusdan, həm də digər ölkələrdən birbaşa idxala qadağa qoyulmasını nəzərdə tutur. Bununla belə, digər Avropa Birliyi (AB) ölkələrinə malların tranziti qadağan deyil.

Qanun layihəsinin lehinə 66 üzv səs verib. Sənədin əleyhinə 8 nəfər səs verib, eyni sayda üzv isə bitərəf qalıb.

QAZİLER.AZ