Səudiyyə Ərəbistanı kralının uzaq qohumu olan Səudiyyə şahzadəsi Londondakı elit oteldə ölü tapılıb.
Qaziler.az bildirir ki, bu barədə 23 iyulda Britaniyanın "The Telegraph"qəzeti məlumat yayıb.
"Səudiyyə şahzadəsi Kensington otelində ölü tapılıb", - məqalədə deyilir.
Qəzetin məlumatına görə, 29 yaşlı şahzadənin cəsədi ötən ilin noyabr ayında Kensinqtondakı bahalı otelin vanna otağında tapılıb.
Otel işçisi təmizlik işləri apararkən təsadüfən ona görüb.
İstintaqa görə, mərhumun qanında yüksək konsentrasiyalarda alkoqol və narkotik maddələr aşkar edilib. Meyitin autopsiyası şahzadənin ciddi xroniki xəstəliklərinin olmadığını göstərib.
"The Telegraph"in məlumatına görə, ölümə ürək dayanması səbəb olub.
QAZİLER.AZ

