İranla gərginlik pik həddə: Böyük Britaniyadan İsrailə gedənlərə təcili xəbərdarlıq

İranla gərginlik pik həddə: Böyük Britaniyadan İsrailə gedənlərə  təcili xəbərdarlıq backend

Böyük Britaniya və ABŞ-dan İran gərginliyi fonunda vətəndaşlarına mühüm xəbərdarlıq edib.

Böyük Britaniya və ABŞ rəsmiləri İranla yaşanan gərginlik fonunda regionda olan vətəndaşlarının nələrə hazırlaşmalı olduqlarını açıqlayıblar.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) İsrailə səfər etməyi planlaşdıran vətəndaşları üçün səyahət tövsiyələrini yeniləyib. Britaniya hakimiyyəti səyahətçiləri ABŞ və İran arasında davam edən gərginlik və növbəti eskalasiya riski fonunda maksimum dərəcədə ehtiyatlı olmağa çağırıb.

Londondan bildirilib ki, regionda təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır və bunu qabaqcadan proqnozlaşdırmaq olduqca çətindir. Bununla əlaqədar olaraq, Ben-Qurion hava limanının işində fasilələrin yaranması, aviareyslərin təxirə salınması və hava məkanının müvəqqəti bağlanması istisna edilmir.

Yenilənmiş tövsiyələrdə Britaniya XİN vətəndaşlarına Qəzza sektoruna, onun sərhədindən 500 metr radiusda olan ərazilərə, həmçinin İsrailin şimalında, Livan sərhədi yaxınlığında və Qolan təpələri ətrafındakı bəzi rayonlara getməməyi qətiyyətlə tövsiyə edir. Bundan əlavə, nazirlik Yəhudiya və Samariyanın bəzi bölgələrinə səfərlərdən tamamilə imtina etməyi, regionun digər hissələrinə isə yalnız son dərəcə zəruri hallarda yollanmağı məsləhət görür.

QAZİLER.AZ