Rusiyanın təkidinə baxmayaraq, İran neft qiymətlərinin sabit saxlanılması məsələsində Moskvaya kömək etmir. QAZİLER.AZ axar.az-a istinadla xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Qayahan Uyğur deyib.
O, hazırda iki ölkə arasında ciddi problemlərin olduğunu bildirib:
“Hər şey kənardan göründüyü kimi deyil. Rusiya ilə İran arasında bəzi problemlər var. Rusiyanın “Suriyanın hava məkanını nəzarətimizə götürdük, heç kim bu əraziyə girə bilməz”, dediyi bir vaxtda İsrail qırıcıları Dəməşqin üzərinə qədər gəldi və Kremlin müttəfiqi olan Hizbullah komandirini öldürdü. Təbii ki, bu, Rusiyanın icazəsi ilə oldu. Moskva istəməsə bu, baş verməzdi. Rusiyanın hazırda ən böyük problemi neft qiymətlərinin ucuzlaşmasıdır. Rusiyanın təkidinə baxmayaraq, İran qiymətlərin sabit saxlanılması məsələsində Moskvaya kömək etmir. Əksinə, sanksiyanın götürülməsindən sonra gündəlik hasilatı artıracağını bildirir. Hər kəs öz mənfəətini düşünür. Rusiya Avropanın qaz tədarükçüsü olduğu kimi, İran da olmaq istəyir”.