Şok: Rusiyadan bu ölkəni parçalamaq üçün - Təklif

Şok: Rusiyadan bu ölkəni parçalamaq üçün - Təklif backend

Rusiya, Çin və Mərkəzi Asiya dövlətləri islam və zorakılığın post-sovet məkanına yayılmasını əngəlləmək üçün Əfqanıstanın şimalında "bufer zona" qurmağı planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə "Eurasianet.org" saytı məlumat yayıb. Məlumatda qeyd edilir ki, ötən həftə Tacikistanın Hucand şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin müdafiə nazirləri toplantı keçirib.


Nazirlər Şanxay ölkələrində regional sabitliyin qorunması istiqamətində tədbirlər görülməsi barədə fikir mübadiləsi aparıblar.

Terrorçu və radikal islamçı qrupların Əfqanıstanda fəaliyyətindən danışan Rusiya Müdafiə naziri Sergey Şoyqu Qərbin bu ölkəyə sabitlik gətirdiyinə inanmadığını bildirib.

Nazirlərin görüşündə ən mühüm təklif regional ölkələrin Əfqanıstanın şimalında siyasi ağırlığı olan şəxs və ya qrupları gücləndirərək ölkədəki qeyri-sabitliyin Mərkəzi Asiya və Rusiyaya yayılmasının qarşısını almaq olub.

Yayılan məlumatda bildirilir ki, Şanxay ölkələri NATO və ABŞ-la Əfqanıstanın şimalinda "bufer zona" yaradılması barədə müzakirələr aparacaq.

Rusiyanın Şərq Tədqiqatları İnstitutunun nümayəndəsi Aleksandr Knyazev məsələ ilə bağlı açıqlamasında ABŞ əsgərlərinin Əfqanıstandan çıxmasından sonra bu ölkənin etnik baxımdan ayrı-ayrı dövlətlərə parçalanmasının mümkün olduğunu, hətta özbəklərin cəmləşdiyi bölgədə müstəqil bir dövlətin yaradılması ideyasının artıq gündəmə gəldiyini qeyd edib.