İran, Səudiyyə Ərəbistanı və digər ölkələr dinc atom hüququna malik olmalıdırlar.
Qaziler.az xəbər verir ki, bu barədə iyulun 23-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyanat verib.
"Hər hansı bir dövlətin dinc atom, dinc nüvə enerjisi hüququ ilə bağlı mövqeyimiz hamıya yaxşı məlumdur. Və bu hüquq İranda da, Səudiyyə Ərəbistanında da, digər dövlətlərdə də olmalıdır", — deyə o, brifinqdə bildirib.
Peskov əlavə edib ki, Moskvanın dünyada nüvə silahlarının yayılmaması ilə bağlı mövqeyi də "hamıya yaxşı məlumdur".
QAZİLER.AZ

