Ukrayna Prezidenti Volodimir Zelenski iyulun sonunadək ABŞ-yə diplomatik səfər etmək imkanını nəzərdən keçirir.
Qaziler.az "Suspilne"a istinadla xəbər verir ki, söhbət senator Lindsi Qrem ilə vida mərasimindən və Prezident Donald Tramp ilə mümkün görüşdən gedir.
Mənbənin məlumatına görə, Zelenski bu yaxınlarda bununla bağlı müvafiq dəvət alıb. Qrem ABŞ Senatında Ukraynanın ən nüfuzlu tərəfdarlarından biri və Rusiyaya qarşı əlavə sanksiyalar haqqında qanun layihələrinin təşəbbüskarı olub.
Məlumdur ki, Prezident Ofisi artıq səfərin təfərrüatları üzərində işləyir. ABŞ lideri ilə görüş Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmağa yönəlmiş növbəti diplomatik səylərə həsr olunmalıdır.
QAZİLER.AZ

