ABŞ hesab edir ki, İran hələlik saziş bağlamağa hazır deyil, lakin tezliklə vəziyyət dəyişə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Manilada keçirdiyi mətbuat konfransında bəyanat verib.
Onun sözlərinə görə, problem ondadır ki, İran tərəfi hər dəfə müqavilə bağlayanda onu "ya pozur, ya da dəyişdirməyə çalışır". Amerikalı dövlət katibi Tehranın tezliklə öz mövqeyini dəyişəcəyini istisna etməyib.
"Çünki onların ödədikləri bədəl çox yüksəkdir", — deyə Rubio bildirib.
Dövlət katibi həmçinin qeyd edib ki, İran tərəfi anlaşma memorandumunun qüvvəyə minməsindən bir neçə gün sonra onu pozub, ABŞ isə razılaşmanın özünə aid hissəsini tam yerinə yetirib.
QAZİLER.AZ

