"Mossad" ABŞ-yə İrana dair kəşfiyyat məlumatları ötürüb

"Mossad" ABŞ-yə İrana dair kəşfiyyat məlumatları ötürüb backend

İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın rəhbəri Roman Qofman iki həftə əvvəl Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkrütbəli nümayəndələri ilə görüşlər keçirib.

Qaziler.az xəbər verir ki. bu barədə CNN teleşirkəti mənbəyə istinadən məlumat yayıb.

Telekanalın mənbəsi bildirib ki, Qofman İrana dair Pikaks dağı, uran və iqtisadiyyatla bağlı kəşfiyyat məlumatlarını paylaşıb.

Bildirilib ki, CNN məsələyə şərh verilməsi üçün Ağ Evə müraciət edib. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) isə şərh verməkdən imtina edib.

QAZİLER.AZ