ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın genişləndirilməsi imkanını nəzərdən keçirir, artıq regiona yeni qüvvələr və silahlar köçürülür.
Qaziler.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Vəziyyətlə tanış olan mənbələrin məlumatına görə, ABŞ Prezident Trampa İranla münaqişəni genişləndirmək imkanını nəzərdən keçirdiyi bir şəraitdə ona daha güclü hərbi imkanlar təqdim etmək üçün Yaxın Şərqə qoşunlar, tibb işçiləri və silahlar köçürür", — deyə nəşrdə bildirilib.
Qeyd olunduğu kimi, son bir həftə ərzində Yaxın Şərq regionuna ABŞ-nin xüsusi təyinatlı qüvvələri köçürülüb. Qırıcı təyyarə eskadrilyaları da region boyu ABŞ bazalarında yerləşdirilib.
QAZİLER.AZ

