Tramp növbəti şatdaun barədə bəyanat yaydı

Tramp növbəti şatdaun barədə bəyanat yaydı backend

Bu ilin sentyabr ayında ABŞ hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) təhlükəsi ilə üzləşə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyanat verib.

"Sentyabrda hökumətin fəaliyyəti dayandırılacaq", — deyə o bildirib.

ABŞ-də federal hökumətin maliyyə çatışmazlığı səbəbindən fəaliyyətinin qismən dayandırılması (şatdaun) sonuncu dəfə mayın 1-də başa çatıb.  Həmin vaxt Tramp Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiqləmişdi. Razılaşdırılmış maliyyələşmənin olmaması səbəbindən qurum iki ay müddətinə fəaliyyətini qismən məhdudlaşdırmaq məcburiyyətində qalmışdı.

QAZİLER.AZ