ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM), İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazına giriş və çıxışa nəzarət etməsi barədə növbəti iddiasını təkzib edib.
Qaziler.az xəbər verir ki, bu barədə CENTCOM bəyanat yayıb.
"Bu, yalandır. İran Hörmüz boğazına nəzarət etmir. SEPAH-ın təhdidlərinə və hücumlarına baxmayaraq, beynəlxalq su yolu tranzit üçün açıq olaraq qalır", - bəyanatda qeyd olunub.
Sənədə əsasən, SEPAH sadəcə gəmiləri yalnız özünün müəyyən etdiyi marşrutla hərəkət etməyə məcbur etməyə çalışır.
CENTCOM vurğulayıb ki, kommersiya gəmiləri ABŞ hərbçilərinin dəstəyi ilə boğazdan istifadə etməyə davam edirlər. Qeyd olunub ki, may ayının əvvəlindən bəri ABŞ qüvvələri 900-dən çox gəminin boğazdan keçməsinə kömək edib.
Bundan əvvəl İran hərbi komandanlığı Hüömüz boğazından keçən və Oman sahili yaxınlığında yerləşən cənub marşrutunun minalandığını bəyan etmişdi.
QAZİLER.AZ

