Başqırdıstanın Tuymazı rayonunda pilotsuz uçuş aparatları (PUA) sənaye obyektinə hücum edib.
Qaziler.az xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qurumun məlumatına görə, müdafiə qüvvələri düşmən PUA-larının sənaye obyektinə qarşı törətdiyi terror hücumunun qarşısını alıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.
Fövqəladə Hallar üzrə Dövlət Komitəsindən bildirilib ki, dronlardan birinin qalıqlarının müəssisə ərazisinə düşməsindən sonra yanğın baş verib. Hazırda yanğının söndürülməsi işləri aparılır.
Hadisə yerində bütün operativ xidmətlər çalışır. Mütəxəssislər hücumun fəsadlarını aradan qaldırmağa davam edir və vəziyyəti nəzarətdə saxlayırlar.
QAZİLER.AZ

