ABŞ İranın hücumlarında Rusiya izini araşdırır

ABŞ İranın hücumlarında Rusiya izini araşdırır backend

ABŞ kəşfiyyatının analitikləri İran pilotsuz uçuş aparatlarının Fars körfəzində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) obyektlərinə endirdiyi zərbələrdə Rusiyanın əli olub-olmadığını yoxlamaq qərarına gəliblər.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ kəşfiyyatındakı dörd mənbəyə istinadən məlumat yayıb.

KİV-in məlumatına görə, amerikalılar Moskvadan şübhələnirlər ki, İrana hədəflər barədə məlumat ötürüb, həmçinin müasir pilotsuz uçuş aparatı texnologiyaları transfer edib.

"ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın MKİ obyektlərinə hücumlarda mümkün iştirakı barədə hələlik yekun nəticəyə gəlməyiblər. Bununla belə, onlar zərbələrin effektivliyini, aşkar dəqiqliyini və Rusiyanın İrana göstərdiyi daha geniş texniki dəstəyi mümkün sübutlar kimi gətiriblər", — deyə agentlik yazıb.

QAZİLER.AZ