İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdə yerləşən "Əli əl-Salem" aviasiya bazasına zərbələr endirdiyini bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi öz "Telegram" kanalında məlumat yub.
SEPAH-ın məlumatına görə, zərbələr pilotsuz uçuş aparatları (PUA) vasitəsilə irihəcmli hərbi texnika anbarına, "Patriot" hava hücumundan müdafiə (HHM) sisteminə və "MQ-9" dronlarının saxlandığı anqara endirilib.
Həmçinin "Əl-Adiri" düşərgəsində ABŞ qoşunlarının dislokasiya olunduğu yer və iki helikopter anqarı da hücuma məruz qalıb.
SEPAH vurğulayıb ki, zərbə nəticəsində ABŞ hərbçiləri yaralanıb, bir neçə helikopter və pilotsuz uçuş aparatına ziyan dəyib.
QAZİLER.AZ

