Ukraynada azərbaycanəsilli Timur Tkaçenko (Məmmədov) Kiyev vilayətinə rəhbər təyin olunub.
Qaziler.az Report-a istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Nazirlər Kabineti Prezident Volodimir Zelenskinin təqdimatını təsdiqləyib.
T. Tkaçenko Ukraynada Azərbaycan diasporunun fəallarından olmuş Firudin Məmmədovun oğludur.
Qeyd edək ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan T.Tkaçenko bundan əvvəl Strateji Sənayelər Nazirliyində nazir müavini vəzifəsini tutub, daha sonra Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edib.

