Təhsildən başqa hər şey qadağan: Fransa uşaqları sosial şəbəkələrdən necə təcrid edəcək? Fransada sosial şəbəkələrdə uşaq hesabı və hədəfli reklamı qadağan edən sərt qərar qüvvəyə minir.
Qaziler.az bildirir ki, "CTV News" telekanalının məlumatına görə, Fransa Avropa İttifaqında 15 yaşınadək uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edən ilk ölkə olur.
Qanun layihəsi Fransa parlamentinin hər iki palatası tərəfindən dəstəklənib.
Ölkə Prezidenti Emmanuel Makron yeni məhdudiyyətlərin sentyabrın 1-dən — dərs ilinin əvvəlindən qüvvəyə minəcəyinə ümid edir.
Sənədə əsasən, onlayn platformalar yetkinlik yaşına çatmayanların hesablarını bloklamalı və onlar üçün hədəflənmiş (target) reklamları söndürməlidir. Məhdudiyyətlər təhsil xidmətləri istisna olmaqla, demək olar ki, bütün sosial şəbəkələrə şamil ediləcək.
Bundan əlavə, bir neçə fransız ailəsi yeniyetmələrin intiharlarının platformadakı təhlükəli məzmunların yayılması ilə bağlı ola biləcəyini iddia edərək "TikTok"a qarşı məhkəmə iddiası qaldırıb.
QAZİLER.AZ

