Vyetnamda şəhərlərarası avtobusda baş verən yanğın nəticəsində yeddi sərnişin yanaraq olüb.
Qaziler.az bildirir ki, bu barədə Vietnam.vn saytı məlumat yayıb.
Qəza Donqnay şəhərində baş verib. Xoşimin şəhərinə gedən slipbas (oturacaqlar əvəzinə yataq yerləri olan uzun məsafəli avtobus) dəmir yol maneəsinə çırpılıb, yanacaq çəni zədələnib və alovlanıb.
Yeddi sərnişin həlak olub.
Daha beş nəfər yaralanıb və yanıq xəsarətləri alıb. Zərərçəkənlər yardım üçün xəstəxanaya aparılıblar.
İlkin məlumatlara görə, qəzaya bir neçə dəqiqə sükan arxasında yuxuya gedən sürücünün yorğunluğu səbəb ola bilər. Onun qanında narkotik və ya spirtli içki aşkar edilməyib.

QAZİLER.AZ

