İtaliyada Salerno əyalətinin Eboli kommunasında əkin sahəsində yanıq izləri olan cəsədi tapılan idman jurnalisti Luici (Luka) Espositonun qətli ilə bağlı istintaq başlayıb.
Qaziler.az bildirir ki, bu barədə 22 iyulda Rai News televiziya kanalı məlumat verib.
"Espozito, böyük ehtimalla, sümüklərinin qırılması ilə nəticələnən şiddətli döyülmədən sonra törədilmiş (ola bilsin qəsdən) cinayətin qurbanı olub. Daha sonra isə bütün izləri itirmək üçün onu yandırıblar", — deyə nəşrdə bildirilir.
Ölümün qəti səbəblərinin əlavə araşdırmalardan sonra müəyyən ediləcəyi dəqiqləşdirilir.
Hüquq-mühafizə orqanları qətli hələlik Espozitonun peşə fəaliyyəti ilə əlaqələndirmir və şəxsi həyatı ilə bağlı versiyanı əsas götürürlər.
İstintaq, həmçinin jurnalistin həyatının son saatlarının təfərrüatlarını və onun ətrafını araşdırır.
QAZİLER.AZ

