Kreml HDP-nin sədrinə nə vəd etdi?

Kreml HDP-nin sədrinə nə vəd etdi? backend

Türkiyədə fəaliyyət göstərən Xalqların Demokratik Partiyasının həmsədri Səlahəttin Dəmirtaşın Rusiyaya gözlənilən səfəri baş tutub.

Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşdə tərəflər bir sıra məsələləri müzakirə ediblər. Qapalı iclasda baş tutan danışıqların detalları açıqlanmasa da, ekspertlər hesab edir ki, Dəmirtaşın Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşdiyi vaxt Moskvaya səfər etməsi təsadüf sayıla bilməz. Güman ki, HDP sədri Türkiyə torpaqları hesabına müstəqil kürd dövləti yaratmaq məsələsində dəstək almaq üçün Rusiya paytaxtına üz tutub.

Jurnalistlər qarşısında isə tərəflər əsasən Moskva-Ankara münasibətləri və İŞİD terror təşkilatıyla mübarizə yollarına toxunub. Lavrov bəyan edib ki, iki dövlət arasında böhranın Türkiyə xalqına aidiyyatı yoxdur. Türk xalqı Rusiya üçün həmişə dost xalq olub. Dəmirtaş isə cavabında bildirib ki, Rusiya ilə Türkiyə arasında münasibətlər dialoq yoluyla həll olunmalıdır. Rusiya ilə münasibətlərə böyük önəm verdiyini deyən kürd lider iki dövlət arasında münasibətlərin korlanmasına gətirib çıxaran təyyarə qalmaqalının baş verməsinə görə üzüldüyün dilə gətirib.