İspaniyada həddindən artıq isti hava səbəbindən "qeyri-adi təhlükə" xəbərdarlığı verilib

İspaniyada həddindən artıq isti hava səbəbindən "qeyri-adi təhlükə" xəbərdarlığı verilib backend

İspaniyanı əhatə edən həddindən artıq isti hava səbəbindən bəzi bölgələrdə "fövqəladə təhlükə" xəbərdarlıqları verilib.

Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya Meteorologiya İnstitutunun (AEMET) sosial media hesabından ölkədə təsirli olan isti hava şəraiti ilə bağlı açıqlama verilib.

Açıqlamada Valensiya və Alikante şəhərlərinin cənubundakı sahilboyu ərazilərin daxili hissələrində temperaturun 42 dərəcə və ondan yuxarıya yüksəldiyi, Veqa del Sequra, Valle del Quadalentin, Lorka və Aquilas bölgələrində isə 44 dərəcə və ondan yuxarı səviyyədə davam etdiyi bildirilib.

Bu bölgələr üçün "qeyri-adi təhlükə" və ən yüksək səviyyə olan "qırmızı" təhlükə xəbərdarlığı edilən açıqlamada, İber yarımadası və Balear adalarında 39-42 dərəcəlik isti səbəbindən "narıncı" xəbərdarlıq verildiyi qeyd olunub.

İspaniya Səhiyyə Nazirliyinin sosial media hesabından edilən açıqlamada da sağlamlıq riski xəbərdarlığı edilərək əhaliyə istidən qorunmaq, su içmək və ehtiyacı olan insanlara kömək etmək çağırışı olunub.

QAZİLER.AZ