İran rəsmiləri münaqişənin nizamlanması məsələsində ABŞ ilə danışıqları bərpa etməyə çalışmırlar, Amerika Prezidenti Donald Trampın bütün bəyanatları isə yalnız neftin qiymətini aşağı salmağa yönəlib.
Qaziler.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli təhlükəsizlik komitəsinin nümayəndəsi, deputat Həsən Qaşqavi bildirib.
“Trampın İranın guya danışıqlar üçün müraciət etməsi barədə iddiası heç bir vəchlə həqiqəti əks etdirmir. Onun təkrarlanan yalanları artıq bazarları qısa müddətə belə sakitləşdirmək iqtidarında deyil”, — deyə o, “X” hesabında yazıb.
Qaşqavi Amerika liderinə “düşdüyü bataqlıqdan çıxmaq üçün” daha effektiv yollar axtarmağı məsləhət görüb.
İyulun 21-də Tramp bəyan etmişdi ki, İran ABŞ ilə yeni görüşə can atır, lakin Tehran əhəmiyyətli dərəcədə hazır olmayana qədər Vaşinqton hazırda danışıqların bərpasında maraqlı deyil.
QAZİLER.AZ

