Rubio İranla bağlı: “Trampın əlində çoxlu variantlar var”

Rubio İranla bağlı: “Trampın əlində çoxlu variantlar var” backend

ABŞ Prezidenti Donald Trampın İranla bağlı vəziyyətdə çoxlu sayda fəaliyyət variantı var.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Marko Rubio bildirib.

Müvafiq suala cavab verən dövlət katibi: "Əgər onlar (İran) əməkdaşlıqdan və danışıqlardan imtina etməkdə israr etməyə davam edərlərsə, prezidentin əlində çoxlu variantlar var", — deyib.

Bundan əvvəl "Axios" nəşri xəbər vermişdi ki, Tramp regiondakı vasitəçilərin təklif etdiyi İranla 10 günlük atəşkəs və münaqişənin daha da gərginləşməsi variantları arasında seçim edir.

QAZİLER.AZ