Amerikalı maliyyəçi Ceffri Epşteynin əlbir olduğu ehtimal edilən şəxs Fransada ölü tapılıb.
Qaziler.az xəbər verir ki, bu barədə "BFMTV" telekanalı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, söhbət keçmiş model agenti və dəb fotoqrafı Daniel Siaddan gedir.
“Modellərin işə qəbulu üzrə mütəxəssis Daniel Siad evində ölü tapılıb”, — deyə məlumatda bildirilib.
Hüquq-mühafizə orqanları Siadın sirli ölümü ilə bağlı araşdırmalara başlayıb. Onun ölüm səbəbi hələlik məlum deyil. Telekanal xatırladıb ki, Siad cinsi istismar məqsədilə Epşteyn üçün qızlar seçməkdə şübhəli bilinirdi.
6 iyul 2019-cu ildə Epşteyn yetkinlik yaşına çatmayanların cinsi istismarı və insan alveri ittihamı ilə həbs edilmişdi. Maliyyəçi 2002-2005-ci illər ərzində onlarla qızın Nyu-Yorkun Manhetten səmtindəki evinə, eləcə də öz şəxsi adasına səfərlərini təşkil etməkdə ittiham olunurdu. İstintaq müəyyən edib ki, onlardan ən kiçiyinin 14 yaşı olub. 2019-cu ilin avqustunda maliyyəçi həbsxana kamerasında yarıhüşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.
QAZİLER.AZ

