Rusiya və Ermənistan Türkiyəyə qarşı birləşdi

Rusiya və Ermənistan Türkiyəyə qarşı birləşdi backend

Rusiya və Ermənistan Türkiyəyə qarşı tədbir almaq üçün Qafqazda havadan müdafiə sistemi yaradacaq.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı general Aleksandr Luzan RİA-ya açıqlamasında deyib.

“Bu qərarın Türkiyədə yaşanan olaylarla bağlı olduğunu düşünürəm. Bu gün hava qüvvələri hərbi sahədə əsas faktorlardan biridir. NATO üzvü olan Türkiyənin ərazisində öz ordu qüvvələri ilə yanaşı, ABŞ-ın da Hərbi Hava Qüvvələri var. Hərbi bazalar ABŞ tərəfindən istifadə edilir. Rusiya Ermənistandakı hərbi bazasını da qorumalıdır. Bu gün Rusiya və Ermənistan hərbi qüvvələri bir-birindən ayrı hərəkət edə bilməz”, - Luzan qeyd edib.

Qeyd edək ki, Rusiya və Ermənistan ortaq havadan müdafiə sisteminin yaradılması haqqında razılığa gəlib.